Biz kimik
“FAB Boya və Kimya Sənayesi” MMC 24 aprel 2001-ci ildə təsis edilmişdir. Fəaliyyətinə “Faydasını alan bilər” şüarı altında inşaat boyaları və həlledicilərin istehsalı ilə başlamışdır. Şirkət zaman keçdikcə istehsal sahələrini genişləndirmiş və hazırda “FAB” yalnız boya şirkəti kimi deyil, tikinti sektoruna aid bir çox məhsulun istehsalçısı kimi tanınır. “FAB Boya və Kimya Sənayesi” MMC-nin tərkibində “FAB BOYA”, “POLİMERLƏR”, “FABKİM”, “HILL FAN”, “NEOTEK” zavodları fəaliyyət göstərir. 2014-cü ildə şirkət daxilində “FAB Akademiyası” yaradılmışdır. Akademiyanın birinci binasında Almaniya və İngiltərə istehsalı olan, müasir ölçmə və sınaq avadanlıqları ilə təchiz edilmiş 4 laboratoriya (Elmi-Tədqiqat və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları laboratoriyaları), konfrans zalı və sinif otaqları mövcuddur. Burada orta məktəb şagirdləri, ali təhsil alan tələbələr, ustalar və şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlim və seminarlar keçirilir. 2015-ci ildə “FAB Akademiyası”nın ikinci binası istifadəyə verilmişdir. Bu binada müasir standartlara uyğun olaraq plastik məhsulların keyfiyyətinə nəzarət həyata keçirilir. 2016-cı ildə isə Alman texnologiyası əsasında hazırlanmış və “FAB Akademiyası” brendi altında istehsal olunan premium keyfiyyətli “MEGA Group” boyaları istehlakçılara təqdim edilmişdir. “FAB Boya və Kimya Sənayesi” MMC dürüstlük və ədalət prinsipləri əsasında, nizam-intizamlı əmək, güclü iradə və qətiyyətlə hər gün inkişaf edir. Ölkəmizin iqtisadi inkişafına və cəmiyyətimizin sosial rifahının yüksəldilməsinə töhfə verir. Zirvələri birlikdə fəth edəcəyimizə inanırıq. “FAB Boya və Kimya Sənayesi” MMC olaraq, sizinlə birlikdə olmaqdan və sizə xidmət göstərməkdən hər zaman qürur duyuruq.
Struktur
Hazırlıklar sürüyor
İnsan resursları
Hazırlıklar sürüyor
Sertifikatlar
Məhsullarımız beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmışdır.
ISO Sertifikatları
Keyfiyyət, ətraf mühit və əməyin təhlükəsizliyi üzrə beynəlxalq ISO standartları.
PDF-ə bax
CE Uyğunluq Bəyannaməsi
Məhsulların Avropa Birliyi standartlarına uyğunluğunu təsdiqləyir.
PDF-ə bax
EKO Sertifikatı
Ekoloji cəhətdən təmiz və ətraf mühitə uyğun istehsalı təsdiqləyir.
PDF-ə baxMükafatlar
Hazırlıklar sürüyor
Vizyonumuz
Hazırlıklar sürüyor
Missiyamız
Hazırlıklar sürüyor
Dəyərlərimiz
Hazırlıklar sürüyor
Əsas Prinsiplərimiz
Hazırlıklar sürüyor
Üstünlüklərimiz
Hazırlıklar sürüyor
İstehsal Müəssisələrimiz
Hazırlıklar sürüyor
Korporativ Sosial Məsuliyyət
Hazırlıklar sürüyor